Mojo.az Banner
21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |     20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |    
Left Banner
Right Banner

Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb - VİDEO

12.03.2020 15:25 5 657
Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb - VİDEO
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun gəlini Samirə Bəşirovaya üç yaşlı qızı Miray geri qaytarılıb. Bu, martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra baş verib.

Bu barədə Oxu.Az-a Samirə Bəşirova məlumat verib.

Xatırladaq ki, o, əri Tamerlan Bəşirovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu zəmində Azərbaycan əsilli rusiyalı oliqarx Səxavət Baxşıyev və keçmiş hakim Çingiz Bəşirovun ailələri arasında münaqişə baş verib, nəticədə üç yaşlı qız qanunsuz olaraq anasından alınıb.

Martın 5-də polis S.Baxşıyevin evinə daxil olaraq Mirayı ananın əlindən alıb və atası T.Bəşirova təhvil verib. Hüquq mühafizəçiləri Ç.Bəşirovun göstərişini yerinə yetiriblər.

Analıq hüquqlarının pozulması ilə əlaqədar qadın bütün hüquq-mühafizə orqanlarına şikayət edib. O, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də kömək istəyib. S.Bəşirovanın sözlərinə görə qurumdan bildirilib ki, onun “boşanma və uşağın ananın qəyyumluğuna verilməsi” ilə bağlı iddiasına baxıldığı Nəsimi Rayon Məhkəməsinə müraciət göndərilib.

Məhkəmə-Hüquq Şurasından isə S.Bəşirovanın məhkəmədə baxılan iddiası əsas gətirilərək, bu münaqişəyə müdaxilə etmək niyyətində olmadıqları deyilib. Ç.Bəşirovun hərəkətlərinə gəldikdə isə hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.

Martın 7-də S.Bəşirova Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olub. O bildirib ki, bu məsələnin həlli polisin səlahiyyətində deyil.

Nəhayət, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra məsələ ananın xeyrinə həll olunub.

Bununla əlaqədar S.Bəşirova “Instagram” səhifəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

S.Bəşirovanın sözlərinə görə, hazırda prokurorluqda polis əməkdaşlarının qanunsuz hərəkətləri araşdırılır.

скачать dle 11.3
Mojo.az Banner