Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tehran vurulmuş Ukrayna təyyarəsinin "qara qutu"larını Kiyevə verməyə razıdır

11.03.2020 23:21 2 344
Tehran vurulmuş Ukrayna təyyarəsinin
İran hakimiyyəti yanvar ayında Tehran yaxınlığında İran ordusu tərəfindən səhvən vurulan Ukrayna təyyarəsinin “qara qutu”larını Fransa vasitəsilə Ukraynaya təhvil verməyə razıdır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Kanadadakı səfiri, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndəsi Andrey Şevçenko özünün “Twitter” səhifəsində məlumat verib.

“İran nümayəndəsi Fərhad Parvareş ICAO Şurasının Monrealdakı iclasında deyib ki, İran “qara qutu”ları Ukraynaya göndərməyə razıdır, bunun ardınca əlavə ekspertizanın lazım olduğu təqdirdə Fransaya təhvil verilməsini təmin edəcək”, - deyə Andrey Şevçenko yazıb.

Qeyd edək ki, İranın Mülki Aviasiya Təşkilatının hadisələrin araşdırılması şöbəsinin müdiri Həsən Rezayefar yanvarın 20-də bildirmişdi ki, ölkə uçuş qeydləri haqqında məlumatı Ukraynaya verəcək. O qeyd edib ki, “qara qutu”lar Fransa, Kanada və ABŞ-ın təcrübəsindən istifadə olunmaqla Kiyevdə oxunacaq. Ancaq yanvarın 22-də İranın “Fars” agentliyi Yol və Şəhər İnkişaf naziri Məhəmməd Eslaminin sözlərini əsas gətirərək, qutuların oxunmasının İranda keçiriləcəyini bildirmişdi.

Son xəbərlər