Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

10.03.2020 21:13 1 894
Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək
Nazirlər Kabineti "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nda dəyişiklik edib.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu Qayda ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsini tənzimləyir.

Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq, ali təhsil müəssisəsində, AMEA-da saxlanılır. İndiyə qədər Qeydiyyat kitabına Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşmış Elmi Şuranın) qərarının nömrəsi və tarixi daxil edilib.

Dəyişikliyə əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir. Başqa sözlə, magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Müvafiq olaraq, magistr diplomunda da ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənir.

Digər dəyişiklik də magistr diplomu ilə bağlıdır. İndiyə qədər bu diplom doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verib. Dəyişikliyə əsasən, magistr diplomu magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verəcək.

Son xəbərlər