Mojo.az — elanlar
Son Xəbərlər
22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada koronavirusa yoluxan şəxs sağalıb

06.03.2020 23:06 1 478
Moskvada koronavirusa yoluxan şəxs sağalıb
Moskvada koronavirusa yoluxan xəstə sağalıb, tezliklə xəstəxanadan buraxılacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib.

“Yaxşı məlumatımız var. Koronavirusa yoluxan xəstə sağalıb. Artıq onda yeni virusun heç bir əlaməti olmadığı təsdiqlənib. Yaxın günlərdə sərbəst buraxılacaq”, - A.Rakova bildirib.

Qeyd edək ki, martın 6-da koronavirusun qarşısının alınması və nəzarəti üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada son bir gün ərzində 6 yoluxma qeydə alınıb - Nijni Novqorodda 1, Moskvada 5 hal.

Onların son iki həftə ərzində İtaliyaya səfər etdikləri bildirilib.

Son xəbərlər