Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan Putinlə Suriya məsələsini müzakirə edib

05.03.2020 21:25 1 690
Ərdoğan Putinlə Suriya məsələsini müzakirə edib
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Suriyanın İdlib bölgəsində üç ayda bir milyona yaxın insanı didərgin salan müharibədə atəşkəs mövzusunu müzakirəsi məqsədi ilə Moskvaya səfər edib.

"Siyasi diplomatiya bu gün hərbi diplomatiyadan daha çox müəyyənedici olacaq" - deyə, rəsmi bildirib.

Regionda terrorizmlə mübarizənin fəal iştirakçıları olan Ankara və Moskva İdlibdə qarşıdurmalara yol verilməməsi məqsədi ilə bölgəyə qoşun yerləşdirib.

Lakin Rusiyanın hava zərbələri Suriya prezidenti Bəşar Əsəd qüvvələrinin şimal-qərbdə üsyançılara məxsus son böyük ərazini geri almağa təkan verib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, BMT bunun milyonlarla insanı evlərindən didərgin salan və yüz minlərlə insanın ölümünə səbəb olan doqquzillik müharibədə ən ağır humanitar böhran olduğunu deyib.

Transatlantik NATO ittifaqında ikinci ən böyük orduya sahib olan Türkiyə son həftələrdə Suriya hökumətinin irəliləməsinə mane olmaq və cənub sərhədində qaçqın dalğasının qarşısını almaq üçün bölgəyə əlavə qoşun və texnika göndərib.

Fevral ayının əvvəlindən bəri döyüşlər zamanı 60-a yaxın türk əsgəri ölüb və Rusiya ilə Türkiyə arasında cəbhə xəttinin qarşı tərəflərində birbaşa toqquşma ehtimalını artırıb.скачать dle 11.3
Mojo.az Banner