Mojo.az Banner
14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |     12:59 Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB  |     12:52 Zubir Səudiyyə klubunda çıxış edə bilməyəcək  |     12:46 ABŞ-İran gərginliyi neftin qiymətini artırdı  |     12:40 Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur  |     12:35 DYP hərəkət iştirakçılarına müraciət etdi  |     12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |    
Left Banner
Right Banner

Konstitusiya Məhkəməsinin hakimi seçkilərlə bağlı daxil olan şikayətlərdən danışdı

05.03.2020 12:46 3 125
Konstitusiya Məhkəməsinin hakimi seçkilərlə bağlı daxil olan şikayətlərdən danışdı
“Milli Məclisə seçkilərlə əlaqədar apellyasiya məhkəmələrindən və Ali Məhkəmədən daxil olan ərizələrə baxılıb”.

Bunu Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze qurumun iclasında bildirib.

Onun sözlərinə görə, ərizələr Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhərləri və Naxçıvandan daxil olub.

“Bakı Apellyasiya Məhkəməsindən 72 şikayət daxil olub. Onlardan 13 iş aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. 16 iş üzrə iddia mümkün sayılmayıb. 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməyib”, - deyə o məlumat verib.

Hakim qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının qərarı ilə 20 işə baxılıb.

“12 iş üzrə iddia təmin edilməyib. Yeddi iş üzrə iddia aidiyyəti üzrə göndərilib”.

Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsinin qərarları ilə 18 inzibati işə baxılıb.

“Onlardan 15 iş üzrə iddia təmin edilməyib. Dörd iş isə aidiyyəti üzrə göndərilib. Şirvan Apellyasiya Məhkəməsindən isə 24 ərizə daxil olub, onlardan 16 iddia təmin olunmayıb. Dörd ərizə isə mümkün sayılmayıb, bir ərizə isə aidiyyəti üzrə göndərilib”, - deyə o əlavə edib.

O qeyd edib ki, prokurorluq orqanlarından seçki hüquqlarının pozulması ilə bağlı 67 müraciət daxil olub.

“Daxil olan bütün müraciətlər araşdırılıb. Dairə seçki komissiyalarının protokollarının yekunlarına təsir edən hal aşkarlanmayıb”, - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner