Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bir gecədə 20-dən çox avtomobili qarət edənlər tutuldu - FOTO

04.03.2020 19:53 1 977
Bakıda bir gecədə 20-dən çox avtomobili qarət edənlər tutuldu - FOTO
Binəqədi rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus avtomobillərin şüşəsini sındıraraq oğurluq cinayətləri törədən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini İbrahim Məmmədov və Neftçala rayon sakini Abdul Musazadə tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların Binəqədi rayonunda bir gecədə 21 avtomobilin şüşəsini sındıraraq nəqliyyat vasitələrinin salonundan pul, ehtiyat hissələri və digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa İbrahim Məmmədova məxsus “Saipa” markalı nəqliyyat vasitəsi ilə gediblər. Tutulan zaman həmin avtomobilin yük yerindən dəstə üzvlərinin oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İbrahim Məmmədov və Abdul Musazadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.









скачать dle 11.3

Son xəbərlər