Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Virus mənbəyi olan əyləncə məkanları: İmkanları var, amma dezinfeksiya işləri aparılmır - VİDEO

04.03.2020 19:33 3 270
Virus mənbəyi olan əyləncə məkanları: İmkanları var, amma dezinfeksiya işləri aparılmır - VİDEO
Nazirlər Kabinetinin qərarına əsasən bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Bu addımın atılmasını zəruri edən səbəb koronavirus təhlükəsinin insanların sıx olduğu yerlərdə yüksək olmasıdır. Aidiyyəti qurumlar şagirdlərin bir müddət bir araya gəlməməsini məqsədəuyğun hesab ediblər.

Amma bu gün istirahət parkları və əyləncə mərkəzlərində müşahidə edilən vəziyyət bəzi valideynlərin atılan addımların əsl mahiyyətini başa düşmədiklərini göstərir.

ARB xəbər komandası məsələ ilə bağlı araşdırma aparıb.

Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, əyləncə mərkəzləri planda olmayan bu tətildən maksimum yararlanmağa çalışırlar. Açıq havada istirahəti müəyyən qədər başa düşmək olsa da, qapalı şəraitdəki bu sıxlıq təbii ki, təhlükə saçır.

Azyaşlıları qapalı yerlərə toplayan və gün ərzində yüzlərlə uşağın toxunduğu oyun aparatlarını isə təhlükə mənbəyi hesab etmək olar. Əlaqə saxladığımız bir sıra əyləncə mərkəzlərində peşəkar dezinfeksiya işlərinin aparılmadığını öyrəndik.

Bu cür özəl müəssisələr dezinfeksiya işlərinin aparılmasını yəqin ki, dövlət qurumlarından gözləmirlər. Çox müştərisi olan bu məkanların zəruri qabaqlayıcı tədbirləri görmək üçün imkanları da var. Qalır, kiçik qonaqlarının sağlamlığını nəzərə alıb vaxtında işə başlamaq.


Son xəbərlər