Mojo.az Banner
21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |     20:55 Məşhur türk aktyoru vəfat etdi  |     20:46 "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz  |     20:41 Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU  |     20:34 "Qızıl top" mükafatına namizədlərin ADLARI  |     20:29 Ermənistan AES-in fəaliyyəti 2041-ci ilədək uzadıla bilər  |     20:21 Bakının hansı rayonunda daha çox insan yaşayır?  |     20:16 İsrail Britaniya konsulluğunu bağlayır  |     20:10 Bank kartlarından çıxılan pullarla bağlı VACİB AÇIQLAMA  |     20:02 Azərbaycanda ən az ONLAR QAZANIR  |     19:57 “Google”-dan təcili xəbərdarlıq  |     19:49 Bakıda yayılan bu görüntülər təəccüb doğurdu – Yeni binalarda nə baş verir?  |     19:43 “ChatGPT”-nin 17 seçiminin arxasındakı həqiqət  |     19:35 Sabah Zərdabda su kəsiləcək  |     19:30 Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO  |     19:24 Meğrinin meri həbs edildi  |    
Left Banner
Right Banner

SOCAR koronavirusla bağlı tədbirlər görür - VİDEO

03.03.2020 21:36 2 395
SOCAR koronavirusla bağlı tədbirlər görür - VİDEO
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çində yayılmış koronavirus (SARS CoV - 2) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə beynəlxalq təcrübə əsasında tədbirlər görməyə başlayıb.

"Report" xəbər verir ki, bu tədbirlər çərçivəsində SOCAR-ın təlim-tədris müəssisələrində işlərin martın 10-dan dayandırılmasına qərar verilib, şirkətin təlim mərkəzlərində peşə təhsili alan şagirdlərin tədrisinin martın 10-na qədər dayandırılması üçün tədbirlər görmək tapşırılıb.

SOCAR-ın işçilərinə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda və insanların toplaşdığı məkanlara gəlməsi üçün xüsusi zərurət olmadığı halda, struktur bölmələrin rəhbərlərilə razılaşdırmaqla, martın 20-nə qədər iş yerinə gəlmədən evdən işləmə (“From Home”) imkanları yaratmaq, işçilərin başqa qurumlarla olan fiziki görüşlərini, eləcə də SOCAR daxili iclasları və yaxud görüşləri mümkün qədər azaltmaqla və texnologiyanın imkanlarından yararlanmaqla (Business Skype görüşü, zəng və ya video konfrans və s.) belə görüşləri həyata keçirmək tapşırılıb.


Bundan başqa, SOCAR-ın inzibati binasının giriş hissələrində binaya daxil olan, xəstəliyin ilkin əlamətlərinin zahiri daşıyıcılarına malik şəxslərin həkim müayinəsi aparılacaq. BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi və koronavirus (SARS CoV - 2) infeksiyasının geniş yayıldığı ölkələrə səfərlərdən qayıdan işçilər üçün qayıtdığı gündən etibarən 2 gün ərzində işə çıxmadan SOCAR-ın hesabına tibbi testlər keçiriləcək.

SOCAR-ın inzibati binasının giriş-çıxışlarında binada olan şəxslərin bədən hərarətini ölçən avadanlıqlar, inzibati binada əllərin dezinfeksiya edilməsi üçün xüsusi vasitələr quraşdırılacaq, hava axını mümkün olduğu qədər viruslara qarşı ola biləcək (antiseptik) vasitələrlə zənginləşdiriləcək.

Komitə, komissiya iclasları və ya digər iclas və görüşlər, yalnız zəruri istehsalat halında həyata keçiriləcək, BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi və koronavirus (SARS CoV-2) infeksiyasının geniş yayıldığı ölkələrə səfərlər ləğv edilir və yalnız zərurət halında SOCAR-ın prezidenti ilə razılaşdırmaqla həyata keçirilə bilər.
скачать dle 11.3
Mojo.az Banner