Mojo.az Banner
11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |    
Left Banner
Right Banner

Azərbaycan Gürcüstanla birgə Qara Dənizdə yeni layihə icra edəcək

27.02.2020 21:58 1 438
Azərbaycan Gürcüstanla birgə Qara Dənizdə yeni layihə icra edəcək
Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşüb.

APA xəbər verir ki, bu barədə gürcüstanlı nazir özü məlumat verib.

Bildirib ki, görüş zamanı Azərbaycan nümayəndə heyətinin daha əvvəl Tbilisiyə səfəri çərçivəsində müzakirə edilmiş birgə enerji və logistika layihələri diqqətdə saxlanılıb.

Bundan başqa Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin tamamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.

Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanla Qara Dənizdə tamamilə yeni bir layihənin icrasına başlayacaq və layihəyə Azərbaycanın müvafiq dövlət və ya özəl strukturları cəlb ediləcək.

N.Turnava bu layihənin Orta Koridorun rəqabət qabiliyyətliliyinə töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, N.Turnava iki günlük səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner