Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərbaycan Dəmir Yolları”ndan koronavirus AÇIQLAMASI

24.02.2020 16:24 1 664
“Azərbaycan Dəmir Yolları”ndan koronavirus AÇIQLAMASI
“Dəmir yolunda koronavirusla əlaqədar olaraq sanitariya-epidemioloji tədbirlər gücləndirilib”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib:

“Son günlər Çində və bir sıra ölkələrdə qeydə alınmış koronavirusun törətdiyi kəskin yoluxucu xəstəliyin yayılması ilə əlaqədar Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, ölkəmizdə də qabaqlayıcı tədbirlər davam etdirilir.

O cümlədən, Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada sanitariya-epidemioloji tədbirlər daha da gücləndirilib.

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən hazırlanan Tədbirlər Proqramına əsasən, sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır”.

Yalnız ölkədaxili deyil, həm də beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb:

“Ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda zəruri tədbirlər görülüb. Həmçinin, sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimdə çalışır. Sərhəd-keçid məntəqələrindən ölkəmizə daxil olan yük qatarlarının bütün vaqonları, eləcə də, ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları (sərnişinlər vaqonları tərk edəndən sonra) hər gün dezinfeksiya olunur.

Bütün sərnişin qatarlarının vaqonları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin olunub.

Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq.

Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlər ümumi gigiyena qaydaları barədə müntəzəm məlumatlandırılır”.

Son xəbərlər