22:56 "Alaska Airlines" "İT" sistemindəki nasazlıq səbəbindən uçuşları dayandırıb  |     22:46 Vəkil Zabil Qəhrəmanovun saxlanılmasının SƏBƏBİ AÇIQLANDI  |     22:40 Yaponiya sahillərində güclü zəlzələ baş verib  |     22:30 "Hazır suplar xərçəng yaradır  |     22:22 “Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi  |     22:09 “Moskvanın cavabı sərt olacaq”  |     22:00 Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək  |     21:52 İker Kasilyasın evi qarət edildi  |     21:50 Almaniyada mobil bomba sığınacaqları satışa çıxarılacaq  |     21:39 Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib - MƏHKƏMƏ  |     21:27 İtaliyada zəlzələ oldu  |     21:06 Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi vandal hücumuna məruz qaldı - Səfirlik məsələni nəzarətə götürdü  |     20:54 Ceyhun Bayramov BMT-nin 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edib - FOTO  |     20:52 İsrailə uçuşları bərpa edəcəklər  |     20:44 Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı  |     20:38 "Kişi gözə gələcək" - Xalq artisti həyat yoldaşından danışdı (VİDEO  |     20:30 İllik 4 milyon alacaq  |     20:22 Artan qiymət, dəyişməyən keyfiyyət: Metroda qatarlar niyə gecikir?  |     20:15 Oğuzda kafedə tək qalan oğlan qolunu kəsdi, həbs olundu  |     20:13 Zelenski Starmerlə görüşdü  |    

Bakı-Ankara qatarı: heyrətamiz komfort – VİDEO

Hələlik istifadəyə veriləcəyi vaxt məlum olmayan Bakı-Tiflis-Ankara qatarının içindən hazırlanmış reportaj marağa səbəb olub.

Fins.az xəbər verir ki, bloger Xanlar Molanov sözügedən qatardakı xidmətlər, şərait və vətəndaşlar üçün yaradılmış imkanları təqdim edib.

Reрortajdan aydın olur ki, 10 vaqondan ibarət olan qatar ümumilikdə 257 sərnişin üçün nəzərdə tutulub. Vaqonlardan 6-sı ikinci sinif, biri isə xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulmuş vaqondur.

Restoran-vaqonda 28 nəfərlik yer var.

Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.

İkinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Əlavə olaraq televizoru və hər bir sərnişinin özünün idarə edə biləcəyi istilik və sərinlədici havalandırma sistemi mövcuddur. Kupenin qapı girişinin üstündəki işarələrdən tualet və hamamın boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Həmçinin xüsusi düymə var ki, onu basaraq bələdçini çağıra bilərsiniz. Bu zaman qapı girişinin üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır. Hər kupedə xüsusi seyf var ki, qiymətli əşyalarınızı ora yerləşdirib qapısını örtə bilərsiniz. Seyfin qapısını isə ancaq sizdə olan kart vasitəsilə açmaq mümkündür.

Kupedə həmçinin musiqi mərkəzi, mahnıya qulaq asmaq üçün xüsusi qulaqcıq yerləri də mövcuddur.

Birinci sinif 4 nəfərlik kupelərdə ayrıca tualet və hamam otağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş da quraşdırılıb.

Əksər qapılar maqnitlidir. Səbəb isə hərəkət zamanı qapıların çırpılmaması üçündür...

İndi isə hamını maraqlandıran Azərbaycanın İsveçrədən aldığı yeni "Stadler" vaqonlarının istifadəyə veriləcəyi günün tarixidir.

Mövzu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı-Tiflis-Ankara reysi üçün nəzərdə tutulmuş qatarlar uzun müddətdir Bakıdadır:

“Qatarlar hələlik sınaqdadır. 10 vaqondan ibarət olan ilk qatar ötən ilin martında Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub.

Sözügedən istiqamət üzrə səfərlərin nə vaxt başlayacağı ilə bağlı isə hələ bilmirəm”.

Qatarla səyahət qiymətinə gəlincə, məlumatlara görə, qiymətlər vaqonların sinfindən asılı olaraq adambaşına 50-120 avro arasında (100-240 manat) dəyişəcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 924 21.02.20 11:21