22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |     22:41 Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!  |     22:36 Biləsuvarda yanğınlar oldu  |     22:27 Ət alarkən bunlara diqqət yetirin - VİDEO  |     22:22 Bu televiziyalara ayrılan vəsait azalır  |     22:16 Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq  |     22:08 Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı  |     22:03 Azərbaycanda qadın sahibkarların sayı açıqlandı  |     21:56 “İnsan yeyən” milçək peyda olub - Alimlər həyəcan təbili çalır  |     21:50 Ötən ay karxanada xəsarət alan fəhlə öldü  |     21:42 "Həbsdən qaçış" izləyicilərinə şad xəbər  |     21:37 Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək  |     21:29 Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub  |     21:23 DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ  |     21:15 Tramp "Binance"ın qurucusunu əfv etdi  |     21:15 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ  |     21:10 Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA  |     21:03 Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?  |     20:56 Bakıda şadlıq evindən MEYİT TAPILDI  |    

Bakıda uşaq poliklinikasından şikayət: “Peyvənd üçün pul istəyirlər”

Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında tibbi xidmət çox aşağı səviyyədədir.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılan vətəndaş şikayətində bildirilir.

Vətəndaş iddia edir ki, 3 aylıq uşaqlarına peyvənd vurulması üçün 11 saylı uşaq poliklinikasına üz tutanda, qarşılaşdıqları mənzərə onları məyus edib:

"Xəstəxana toz içərisindədir. Mikrob yuvasıdır. Həkimlərin sifətindən zəhrimar tökülür. Poliklinikada körpəmin əmziyi yerə düşdü. Yumaq üçün su verən olmadı. Maddi imkanım uşağımı özəl klinikaya aparmağa imkan verir. Bəs buna imkanı çatmayan valideynlər sizin qəddarlığınıza dözməlidir?

Onu da qeyd edim ki, özəl klinikada uşağıma heç bir diaqnoz qoyulmayıb, hər şeyin qaydasında olduğu deyilib. Lakin 11 saylı uşaq poliklinikasında uşağıma 3 xəstəlik üzrə diaqnoz qoyub, müalicə yazmışdılar. Sonda da peyvənd üçün həkimə hörmət etməyimiz söylənildi. Uşaqlarla işləməyi bacarmırlarsa, bu həkimlər harada imtahan verir? Bu paylaşımı tək özüm üçün deyil, özəl klinikaya gedə bilməyən imkansız ailələr üçün yazıram".

TƏBİB məsələ ilə bağlı münasibət bildirib. Qurumun mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, sözügedən iddialar əsasında araşdırma aparılacaq:

"Məsələ tərəfimizdən araşdırılacaq. Bilirsiniz ki, səhiyyə müəssisələri yanvar ayından etibarən tabeliyimizə verilib. Qeyd olunan bütün problemlər həllini tapacaq. Sadəcə, zamana ehtiyac var.

Bundan əlavə, qeyd edilən məsələ ilə bağlı da müəssisə rəhbərliyinə tapşırıqlar verildi. Sadəcə, yazılan hər hansı bir faktın daha ciddi araşdırılması üçün konkret adlara da ehtiyac var. Müəssisə rəhbəri daxildə də öz araşdırmasını aparmaq istəyir. Ümumi hallarla bağlı isə bir daha qeyd edirəm ki, nəzarət gücləndiriləcək və bu tip problemlərin aradan qaldırılması üçün konkret addımlar atılacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 673 18.02.20 22:09