Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Əsgərlərimizin qarlı dağlarda keçirdiyi döyüş təlimindən VİDEO/FOTOLAR

18.02.2020 20:36 3 078
Əsgərlərimizin qarlı dağlarda keçirdiyi döyüş təlimindən VİDEO/FOTOLAR
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Median.Az
xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib.

Taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda, gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Taktiki fəaliyyətlər zamanı qarlı ərazilərdə şəraitə uyğun maskalanmış snayper cütlükləri şərti tapşırıqları yerinə yetiriblər.

Qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb, gecələyiblər.

Taktiki-xüsusi təlimdə şiddətli soyuqlarda qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək yaralıların təxliyyəsi qaydalarını, praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı və xilasedici bölmələr təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.

Son xəbərlər