Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Kəmaləddin Qafarovun lider namizəd olduğu dairənin iki məntəqəsində nəticələr ləğv edildi

18.02.2020 19:20 1 509
Kəmaləddin Qafarovun lider namizəd olduğu dairənin iki məntəqəsində nəticələr ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən müraciətlərə baxılıb.

Median.Az
bildirir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib. O deyib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, sayların komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən bir sıra faktlar öz təsdiqini tapmayıb. Ona görə də, təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

Q.Orucov daha sonra 31 və 35 saylı məntəqələrdə pozuntuların qeydə alınması səbəbindən bu məntəqələr üzrə nəticələrin ləğv edilməsinin vacibliyini vurğulayıb. Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin olunub.

Nəticə olaraq, adıçəkilən dairədə 31 və 35 saylı məntəqələr üzrə nəticələr ləğv edilib.

Qeyd edək ki, həmin dairənin lider namizədi Kəmaləddin Qafarovdur.//oxu.azскачать dle 11.3
Mojo.az Banner