Mojo.az Banner
23:00 Qəzaya düşən Yardımlı sakini 9 ay sonra öldü  |     22:51 BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub  |     22:42 Maşınını təmir edərkən xəstəxanalıq oldu  |     22:32 Azərbaycan içki ixracını 10%-dən çox artırıb  |     22:19 Ötən gün 8 kq-dan çox narkotik vasitə aşkarlanıb  |     22:11 Məşhur italyan müğənnisi Cino Paoli vəfat etdi  |     21:49 Bakıda iki küçə təmir işləri ilə əlaqədar bağlanacaq  |     21:40 Bakıda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     21:30 "Yeni vəziyyətə hazırlıqlarımızı görmüşük" - Ərdoğan  |     21:04 Antuan Qrizman komandasını dəyişdi  |     20:44 Filippində fövqəladə vəziyyət rejimi elan edildi  |     20:27 İmtahandakı yazıb-pozan qələmlərlə bağlı - Rəsmi açıqlama  |     20:26 Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub  |     20:04 Ət bazarını gözləyən inqilabi dəyişiklik: Qiymətlər artacaq?  |     19:49 Əraqçi: Hörmüz boğazı İranla müharibə şəraitində olmayan ölkələr üçün açıqdır  |     19:41 "QatarEnergy" fors-major elan etdi  |     19:36 XTQ-dən şəhid ailələri və qazilərə bayram təbriki  |     19:35 Qazaxın Daşsalahlı kəndində açıq ərazidə YANĞIN - Video  |     19:25 İsrail İrana 3 mindən çox zərbə endirib  |     19:17 Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb  |    
Left Banner
Right Banner

Bakıda 15 manat borca görə tanışını öldürən şəxs 10 il həbs cəzası aldı - VİDEO

14.02.2020 12:19 2 434
Bakıda 15 manat borca görə tanışını öldürən şəxs 10 il həbs cəzası aldı - VİDEO
2018-ci il iyunun 2-də Nizami rayonun Keşlə qəsəbəsində pul borcuna görə yaranan mübahisə zamanı Şirvan sakini Səməd Pənahov Bakı şəhər sakini Röyal Rəhimova qarşı idman fəndi işlədərək, ona ağır xəsarət yetirib. Nəticədə zərərçəkmiş 2 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, tibbi yardım göstərilməsinə baxmayaraq 6 gündən sonra vəfat edib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Röyal Rəhimovun ölümünə travmatik əzilməsi və sıxılması ilə nəticələnən başın küt travması səbəb olub. Ölüm hadisəsi ilə əlaqədar 23-cü polis bölməsinin əməkdaşları tərəfindən 27 yaşlı Səməd Pənahov saxlanılıb. İstintaqla müəyyən edilib ki, 2018-ci il iyunun 2-də Səməd Pənahov tanışı İlqar Abdullayev tərəfindən Röyal Rəhimova 40 manat müqabilində satılan elektroşok cihazına görə yaranmış 15 manat borcu sonuncunun ödəməməsi məsələsinə aydınlıq gətirmək istəyib. Bu niyyətlə o, tanışları Pənah Salayev, Elman Musayev və İlqar Abdullayevlə birlikdə Röyal Rəhimov və onun dostu Cabbar Babayevlə görüşüb. Görüşdə aralarında mübahisə yaranır, Röyal yumruqla İlqarın üz nahiyəsindən vurur.

Bunu görən Səməd Röyalı arxadan tutaraq, idman fəndi işlətməklə, qaldırıb başı üstə yerə çırpıb və ardınca yumruqla zərbələr endirib. Rəhimov xəstəxanaya çatdırılsa da, iyunun 8-də orda vəfat edib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Səməd Pənahov bildirib ki, 2018-ci ilin may ayında tanışı İlqar Abdullayev ona elektroşok alətini göstərərək, Binəqədi RPİ-nin müstəntiqinin otağından götürdüyünü və cihazı satmaq istədiyini deyib. Bir neçə gündən sonra İlqarla Səməd elektroşoku Röyal adlı şəxsə 40 manata satıblar. İyunun 2-i saat 20 radələrində İlqar zəng edib, onunla işi olduğunu deyərək görüşə çağırıb. Onun avtomobilinin arxa oturacağında əyləşib, tanışından nə baş verdiyini soruşduqda, İlqar Röyalın elektroşokun pulunun qalan hissəsini vermədiyini və ünvanına söyüş söydüyünü bildirib və onu qəsəbədə gözlədiyini vurğulayıb.

Marketin qarşısında görüşdükdən sonra, onlar “Neft Emalı Zavodu”nun yanına gediblər. Söhbət zamanı Pənah Röyala pul borclu olduğu halda, niyə qaytarmadığını soruşduqda, sonuncu cibindən 10 manat cıxarıb, İlqara verib. Üzünü Pənaha tutub, 5 manatı varsa İlqara verməyini xahiş etdikdə, İlqar qalan pulun artıq lazım olmadığını söyləyib. İlqar əvvəlcədən niyə pulu qaytarmadığını soruşanda, Röyal onunla “tavan borcu” varmış kimi danışmadığını bildirib. Abdullayev Rəhimova verdiyi sözün elə “tavan” olduğunu qeyd etsə də, sonuncu bıçağın arxa tərəfi ilə İlqarın sifətinin sol hissəsinə vurub. Səməd əsəbiləşərək arxadan Röyalın bel nahiyəsindən tutaraq, onu qaldırıb yerə yıxıb.

Buna baxmayaraq, o ayağa qalxıb, bıçaqla onu da vurmaq istədikdə, Səməd Röyala yumruqla 2 zərbə vurub. Pənahla Cabbar onları aralayaraq, sakitləşdiriblər. Səhəri gün işdə olarkən Röyalın komaya düşdüyünü və xəstəxanada olduğunu bildikdən sonra İlqarla birlikdə yanına gediblər. İyunun 4-də Nizami RPİ 23-cü PB-nə dəvət edilib, bölmədə ifadə verərək, hərəkətlərindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 28 yaşlı Səməd Pənahov 10 il müddətinə azadlıqdan məhrum olunub.



скачать dle 11.3
Mojo.az Banner