Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

ATƏT Attarın akkreditasiyasını niyə ləğv etdi?! - AÇIQLAMA

13.02.2020 22:11 1 695
ATƏT Attarın akkreditasiyasını niyə ləğv etdi?! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ilk olaraq ATƏT DTİHB-nin 9 fevral parlament seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının müraciətinə baxılıb.

Qeyd olunub ki, ATƏT öz missiya rəhbəri müşahidəçilərdən biri olan Aygün Attarın akkreditasiyasının ləğv olunmasını xahiş edir. MSK-nın qərarına əsasən müraciət təmin edilib və Aygün Attara verilmiş lövhəcik etibarsız hesab edilib.

Bəs Aygün Attar kimdir və hansı səbəbə görə akkreditasiyası ləğv edilib?

“Qafqazinfo” məlumat üçün bildirir ki, ATƏT müşahidəçilərindən olan professor, tarixçi Aygün Attar uzun illər Türkiyənin Girəsun Universitetində rektor vəzifəsində çalışıb. 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülən tarixçi həmçinin Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərib. Belə ki, o, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

3-12 fevral tarixlərində ATƏT-də beynəlxalq müşahidəçi kimi ölkəmizdə səfərdə olan A.Attar seçki günü yazdığı bir məqalədə təssüratlarını belə bölüşüb:

“İkinci dəfə müstəqillik əldə etdiyi tarixin üstündən hələ 30 il keçməsə də, müsbət inkişafın görməzlikdən gəlinərək yalnız neqativliyin önə çıxarılması Azərbaycan adına da, vətəndaşı olduğum Türkiyə adına da məni çox üzdü.

Bu sətrləri yazdığım zaman seçkilər hələ bitməyib və seçkiləri izləyən ATƏT-in seçki müşahidə komitəsinin hesabatı açıqlanmayıb. Ancaq şəxsən hesab edirəm ki, hesabat mənfi olacaq, çünki qərəzlilik obyektivliyə zərər verəcək.

ATƏT-in hazırladığı hesabatın hüquqi sanksiyası yoxdur, lakin hesabat Azərbaycanla ATƏT-ə üzv ölkələr arasındakı münasibətlər üçün vacibdir. Sizə məsləhətim budur ki, Azərbaycanda neft və təbii qazdan başqa xoşniyyətli insan enerjisini vurğulayan diskussiyalara üstünlük verin və bu fəaliyyətlərə dəstək olun. Ölkədə gedən seçki prosesinə hörmətlə yanaşmaq Azərbaycanın dəvəti ilə keçirilən seçkilərdə bütün xarici müşahidəçilərin qanuni borcudur”.

Qısa olaraq qeyd etdiyimiz məqalə çap olunduqdan sonra Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə ATƏT müşahidə şurasının tərkibində yer almış nümayəndənin akkreditasiyasının ləğvi üçün MSK-ya müraciət edib. Hər zaman insanların öz fikrini səsləndirməkdə azad olduğunu vurğulayan bir qurumun belə bir addım atması ağıllarda sual işarəsi yaradıb.

Nəyə görə ATƏT belə dözümsüz davranaraq öz fikrini ifadə etdiyi üçün missiyasının tərkibində yer almış bir professora qarşı bu cür mövqe nümayiş etdirib? Həm dözümsüzlük nümayiş edilib, həm də bərabər fikirlərə yer ayrılmayıb. Belə çıxır ki, nümayəndə ölkə əleyhinə fikir yazsa, ATƏT heç də onun akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət etməyəcək və əksinə olaraq onu dəstəkləyəcək.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən A.Attar bildirib ki, toplantıda Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müşahidəçilərə qeyri-obyektiv məlumatlar verilib:

“Bununla əlaqədar fevralın 8-də sosial media üzərindən ATƏT Müşahidə Missiyasının rəhbərliyinə etirazımın ifadə olunduğu müraciət yazdım. Müraciətimdə ATƏT-i beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa, obyektiv mövqe ortaya qoymağa çağırdım. Mən mədəni çərçivədə öz tənqidi mövqeyimi ortaya qoydum. Fevralın 9-da isə ATƏT/DTİHB-nin Müşahidə Missiyasının üzvü kimi vəzifəmi yerinə yetirdim.

Fevralın 11-də müşahidəçilərin sonuncu toplantısında ATƏT-dən iki nəfər mənə müşahidəçi kimi akkreditasiyamın ləğv olunduğunu söylədilər. Bunun səbəbini soruşdum. Soruşdum ki, beynəlxalq müşahidəçi kimi obyektivlikdən kənar bir hərəkətimmi olub? Dedilər ki, yox. Səbəb fevralın 8-də etdiyim müraciətdir. Mən isə ATƏT-in ölkələrdə fikir, mətbuat azadlığı, demokratiyanın təsis olunması üçün təsis edildiyini xatırlatdım. Dedim ki, necə olur ki, ATƏT özü kiçik bir tənqidə belə dözmür, amma başqa ölkələri tənqid edir, guya dərs verir. Onlar da mənim akkreditasiyamın ləğv olunması üçün MSK-ya müraciət etdi. Məsələnin mahiyyəti budur”.

Son xəbərlər