Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Çingiz Qənizadə və Rauf Arifoğludan nəticələrin ləğvi ilə bağlı AÇIQLAMA

13.02.2020 20:37 2 361
Çingiz Qənizadə və Rauf Arifoğludan nəticələrin ləğvi ilə bağlı AÇIQLAMA
Sabiq millət vəkili Çingiz Qənizadə bu gün Mərkəzi Seçki Komissiyasının iclasında deputat seçildiyi dairə üzrə nəticələrin ləğv olunmasına münasibət bildirib.

Median.Az
-ın məlumatına görə, Ç.Qənizadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ləğv olunan məntəqələrdə hansı qanun pozuntularına yol verildiyi haqda məlumatlı deyil: “Onu deyə bilərəm ki, bu günə qədər Dairə Seçki Komissiyasına bir dənə də şikayət daxil olmamışdı. Bununla belə, bu gün MSK belə bir qərar qəbul edib. MSK-nın qərarına hörmətlə yanaşıram”.

“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu deputat seçildiyi 35 saylı Xətai 3-cü Seçki dairəsinin nəticələrinin ləğv olunması ilə bağlı açıqlama verib.

R.Arifoğlu bildirib ki, komandası və seçiciləri üçün nə qədər ağır olsa da, özü bu xəbəri məmnuniyyətlə qarşılayıb.

Qeyd edək ki, MSK-nın bugünkü iclasında Çingiz Qənizadə, Rauf Arifoğlu, Hüseynbala Mirələmov və Hadı Rəcəblinin deputat seçildiyi dairələr üzrə nəticələr ləğv edilib.

Son xəbərlər