Quba-Qusar yolunda turistlərin olduğu avtomobil aşıb, 5 nəfər xəsarət alıb
APA-nın məlumatına görə, içərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon xəstəxanasına gətirilib.
İlkin tibbi yardımdan sonra onlar Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq.
Faktla bağlı araşdırma aparılır.
