Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |    
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda dəhşətli yanğın: “Camaat qorxudan evində rahat otura bilmir” - VİDEO

07.02.2020 19:44 1 645
Yevlaxda dəhşətli yanğın: “Camaat qorxudan evində rahat otura bilmir” - VİDEO
Yevlax şəhəri Çənlibel qəsəbəsində dəhşətli yanğın hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.

Sakinlərin bildirdiyinə görə, hadisə Yevlax şəhərinin Çənlibel qəsəbəsi İsrafil Məmmədov küçəsində olub. Bu həmin qəsəbədə baş verən ilk yanğın hadisəsi deyil:

“İsrafil Məmmədov küçəsində geniş qamışlıq sahə var. Bu sahə yaşayış evlərinin çox yaxınlığında yerləşir. Dəfələrlə bu ərazidə güclü yanğınlar baş verib. Məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsək də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib.

Qəsəbədə rəsmi olaraq 400 ev, İsrafil Məmmədov küçəsində isə 11 həyət evi və dörd ikimərtəbəli yaşayış binası var. Ərazidə demək olar ki, hər il yanğın baş verir. Ən son yanğın dünən olub. Hadisə nəticəsində ətrafdakı evlərə ciddi ziyan dəyib. Qonşulardan birinin motosikleti yanıb. Camaat qorxudan evində rahat otura bilmir. Quru qamışlıq sahədir. Ətrafdan keçən insanların siqaret kötüyü atması belə sahədə böyük yanğının baş verməsinə səbəb ola bilir. İcra strukturları isə əhalinin problemi ilə maraqlanmır. Xahiş edirik, bizə köməklik göstərəsiniz”.

Son xəbərlər