Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Şotlandiyanın Maliyyə naziri 16 yaşlı uşaqla münasibətinə görə istefa verdi

06.02.2020 21:10 1 603
Şotlandiyanın Maliyyə naziri 16 yaşlı uşaqla münasibətinə görə istefa verdi
Şotlandiyanın Maliyyə naziri Derek Makkey KİV-də 16 yaşlı oğlanla yazışmasının fraqmentləri yayılandan sonra istefa verib.

“Report” “Scottish Sun”a istinadən xəbər verir ki, nazir hələ 2013-cü ildə homoseksual olduğunu etiraf edib və həyat yoldaşından boşanıb.

O, yarım il “Facebook”da yetkinlik yaşına çatmayan oğlanla yazışıb. Nazir gəncin ünvanına “əzizim” deyə müraciət edir, saçdüzümünü tərifləyir, yazışmanın gizli saxlanılmasını istəyir və görüşməyə dəvət edib.

D.Makkey fevralın 6-sı parlamentdə 2020-2021-ci illər üçün büdcə layihəsini təqdim etməli idi, lakin iclasa bir neçə saat qalmış istefasını elan edib.

“Mən hərəkətlərimə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Mən özümü çox axmaqca aparmışam və buna görə peşmanam. Mən bu əhvalata qarışan şəxsdən və onun ailəsindən üzr istəyirəm. Mən dünən axşam baş nazirlə söhbət edib istefa verdim. Hökumətdə işləmək mənim üçün böyük şərəf idi. Həmkarlarımı və tərəfdarlarımı pis vəziyyətdə qoyduğum üçün peşmanam”, - D.Makkey bildirib.

Şotlandiyanın baş naziri Nikola Stercen nazirin istefasını qəbul etdiyini bildirib. Ondan parlamenti də tərk etməsi tələb olunur.скачать dle 11.3
Mojo.az Banner