Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Belarusun Azərbaycandakı səfirliyinin kollektivi Həzi Aslanovun xatirəsini yad edib

05.02.2020 15:18 1 420
Belarusun Azərbaycandakı səfirliyinin kollektivi Həzi Aslanovun xatirəsini yad edib
Fevralın 4-də Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və səfirliyin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi şərəfinə xatirəsini yad edib, məzarı önünə tər güllər qoyublar.

Bu barədə AZƏRTAC-a səfirliyin mətbuat xidmətində bildiriblər.

Həzi Aslanov Böyük Vətən müharibəsi illərində Belarus ərazisində gedən döyüşlərdə fəal iştirak edib. Onun komandanlıq etdiyi tank briqadası bilavasitə Vileykanı, Molodeçnonu və Belarusun digər yaşayış məntəqələrini düşməndən azad edib.

Görkəmli xidmətləri olmuş tank birləşmələri komandiri general-mayor Həzi Aslanovun xatirəsinə ehtiram əlaməti olaraq ona Belarusun Vileyka şəhərində abidə ucaldılıb.

Bu günlərdə Vileykada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr edilmiş təntənəli mitinq-rekviyem keçirilib. Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Oleq Bequnets deyib ki, “Baqration” əməliyyatı gedişində 35-ci qvardiya tank briqadasının başında Vileyka, Borisov və Smorqon şəhərlərini azad edən, Minskin azad edilməsində fəal iştirak edən Həzi Aslanov Vileyka sakinləri üçün xilaskar əsgər rəmzidir.

“Azərbaycanlı qəhrəmanın hünəri belorusların yaddaşında və qəlbində daim yaşayacaq. Biz onun nümunəsində böyüməkdə olan nəsildə vətənpərvərliyi tərbiyə edəcəyik”, - deyə O.Bequnets bildirib.


Son xəbərlər