Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Universitetdən çıxmağa icazə verilmir” - Çində təhsil alan azərbaycanlı - Video

05.02.2020 12:26 2 208
“Universitetdən çıxmağa icazə verilmir” - Çində təhsil alan azərbaycanlı - Video
"Universitetdən kənara çıxmağa icazə yoxdur. Bu çəkilişləri edə bilmək üçün çətinliklə icazə almışam".

Bunu Çində təhsil alan azərbaycanlı tələbə Əli Əlizadə SİA-ya açıqlamasında deyib.

Ə.Əlizadə bildirib ki, universitetdə, ümumiyyətlə şəhərdə səhiyyə əməkdaşları əllərində sırf virusun simptomlarını ortaya çıxara bilən qızdırma ölçən cihazla mütəmadi olaraq yoxlamalar aparırlar: “Tələbələr həm universitetə daxil olarkən, həm də ali təhsil müəssisəsindən kənara çıxarkən ciddi yoxlanılırlar. Universitetdən kənara çıxan tələbələrə tez qayıtmaqları barədə tapşırıqlar verilir. Geri qayıdan tələbədə əgər hərarət normadan artıqdırsa, həmin tələbə birbaşa xəstəxanaya göndərilir”.

Ə.Əlizadə qeyd edib ki, yaşadığı və təhsil aldığı Anhui əyalətinin Hefei şəhəri virusun ortaya çıxdığı və daha geniş yayıldığı Uhan şəhərinə 300 kilometr məsafədə yerləşir: “Hefei şəhərində vəziyyət hələ ki, normaldır. Hazırda Çində virusa yoluxanların sayı 20 min 502 nəfər, virusdan ölənlərin sayı 426 nəfər, bu epidemiyadan sağalanların sayı isə 660 nəfərdir. Bu rəqəm Çin hökumətinin rəsmi yaydığı statistikadır. Uhanda karantin vəziyyəti davam etməkdədir. Uhan şəhərində təxmini 6 və ya 7 azərbaycanlı tələbə olub, lakin qardaş Türkiyə onları oradan evakuasiya edib. Hazırda onlar Türkiyədə karantin vəziyyətindədirlər”.

Sonda isə Ə.Əlizadə vurğulayıb ki, Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları bizimlə mütəmadi əlaqə saxlayır və halımızın, vəziyyətimizin necə olduğu ilə maraqlanırlar: “Yaşadığım şəhərdə supermarketlər fəaliyyət göstərir, lakin nisbətən kiçik mağazalar bağlanıb. Marketlərdə bəzi ərzaq çatışmazlığı da var. Bağlanan marketlərin nə vaxt açılacağı isə məlum deyil. Əksər universitetlər ikinci semestri ləğv edib. Bəzi universitetlər isə ikinci semestrin başlama tarixinin gecikəcəyini bildirib. Lakin dəqiq vaxt deyilmir. Bu bir və ya iki ay da ola bilər. Hazırda bütün tələbələr xəbər gözləyirlər”.

Son xəbərlər