Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?

04.02.2020 14:20 3 052
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində baş verən zəlzələlərin sayı açıqlanıb.

Report xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən müddətdə ölkədə 550-560 təkanın qeydə alındığını bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar olur:

“Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan dörd təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib”.

Direktor vurğulayıb ki, Mingəçevirdəki təkanlar dərində olduğundan hiss edilməyib:

“Əgər həmin zəlzələ bir az dayazda olsaydı, orada böyük fəsadlar baş verərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib.

İndiyədək bu məsələ daim gündəmə gətirilsə də, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki oradakı su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də hövzənin içində olub”.

Son xəbərlər