Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu

01.02.2020 17:42 2 426
Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub.

Unikal.org-un məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər çərçivəsində Hacıqabul rayonu Meyniman kənd sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ağayev Mənsur Balayar oğlu və Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini, 1979-cu il təvəllüdlü Heydərov Davud Əvəzxan oğlu saxlanılıb.

Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və onların üzərində aşkarlanan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilib.

Məlum olub ki, M.Ağayevə narkotik vasitəni Sabirabad rayonunun Qarağac kənd sakini, 1975-ci il təvəllüdlü Mahmudov Xanverdi Fərzulla oğlu satıb. Sonuncunun da üzərinə baxış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

İstintaq zamanı məlum olub ki, X.Mahmudov narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Şirvan Su Kanal İdarəsinin satış üzrə mühəndisi Tapdıqov Elvin Raiz oğlundan alıb.

Hazırda cinayət zəncirinin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir.

Faktla bağlı cinayəti işi başlanıb.

Son xəbərlər