Mojo.az Banner
20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabulda beş nəfər narkotik alverçisi tutulub

11.03.2021 19:55 795
Hacıqabulda beş nəfər narkotik alverçisi tutulub
Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub.

Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1982-ci il təvəllüdlü Məhərrəmov Emil Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı GM-408-MG Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılıb.

Sürücü və sərnişin - Sabirabad rayonu Nəsimi kənd sakini, 1966-cı il təvəllüdlü İsmayılov Elşad Vəkalət oğlunun avtomobildə hər birinin ayrı-ayrılıqda saxladıqları müxtəlif bükümlərdə satış məqsədi üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirlərinin zamanı məlum olub ki, E.Məhərrəmov narkotik vasitəni 900 manata, E.İsmayılov isə 400 manata Sabirabad rayonunun Nəsimi kənd sakini, 1985-ci il təvəllüdlü Qardaşov İnşallah Əlibayram oğlundan alıblar.

İ.Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı, 03-BJ-710 dövlət nömrə nişanlı avtomobildən müxtəlif bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəllər məhkum olunan Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Nəcəfov Şahin Vaqif oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner