Mojo.az Banner
17:40 Elektrik naqillərini oğurlayan şəxslər saxlanıldı  |     17:27 Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb  |     16:58 Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI - Video  |     16:50 Həcc ziyarətinə sənəd qəbulunun MÜDDƏTİ UZADILDI  |     16:47 İranda müharibədə ölənlərin sayı 1 937 nəfərə çatıb  |     16:45 41 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya olundu  |     16:44 Paytaxtda ƏMƏLİYYAT: 10 kq narkotik vasitə və iki minə yaxın narkotik tərkibli həb aşkarlandı  |     13:59 Bəzi yerlərdə dörd gün intensiv YAĞIŞ, QAR YAĞACAQ - XƏBƏRDARLIQ  |     13:41 Günəşdə güclü partlayış qeydə alınıb  |     13:37 Gəncədə 73 yaşlı kişinin meyiti tapıldı  |     13:19 SEPAH-ın hərbi-dəniz qüvvələrinin komandiri ÖLDÜRÜLDÜ  |     13:18 İsmayıllıda 55 yaşlı kişi texniki spirt içdi, vəziyyəti ağırdır  |     13:00 Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO  |     12:41 Azərbaycan nefti UCUZLAŞIB  |     12:32 İran İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə yeni hücum dalğasına başlayıb  |     12:28 Dünyanın ən nəzakətli ölkələri açıqlanıb - REYTİNQ  |     12:19 UEFA "Benfika"nı cəzalandırdı  |     12:16 Kapitan Vüsal Sadıqov həbsdə qaldı  |     12:11 Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - Video  |     12:06 Bakıda yeniyetmə evində ölü tapıldı  |    
Left Banner
Right Banner

Rusiyada polisin azərbaycanlıya işgəncə verməsi ilə bağlı araşdırma başladı

31.01.2020 14:34 1 456
Rusiyada polisin azərbaycanlıya işgəncə verməsi ilə bağlı araşdırma başladı
Qətldə şübhəli bilinən Abdulino şəhərinin üç sakinin polis idarəsində işgəncə gördükləri ilə bağlı şikayətləri üzrə Rusiya İstintaq Komitəsi 14 aydan sonra yoxlanışa yenidən başlayıb.

Bu barədə "Arqumentı i Faktı" məlumat yayıb.

Məlumata görə, Orenburqlu iş adamının və məktəbli oğlunun öldürülmə şübhəsi ilə bir azərbaycanlı və iki orenburqlu iki il əvvəl saxlanılmışdı. Lakin təqsirsizlikləri təsdiq olunduqdan sonra onlar azadlığa buraxıldılar.

Sonradan onlar hüquq müdafiəçilərinə müraciət edərək, polis idarəsində etiraf ifadələri alınması üçün işgəncəyə məruz qaldıqlarını bildiriblər.

2018-ci ilin yayında “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə polislərə qarşı cinayət işi açılıb. Lakin prokurorluğun işə qarışmasından sonra cinayət işinə xitam verilib.

“Bir il iki aydan sonra yoxlama yenidən başlayıb. Bu nisbətdə effektiv araşdırma aparmaq mümkün deyil. Çox sayda sualın cavabı hələ də yoxdur… İstintaq Komitəsinin rəhbərliyinin bizi eşidəcəyinə və işgəncə ilə bağlı tədqiqat materialının daha səlahiyyətli mütəxəssislərə - xüsusi şöbəyə veriləcəyini gözləyirik”, - deyə İşgəncələrə Qarşı Komitənin vəkili Albina Mudarisova bəyan edib.

Xatırladaq ki, iki il əvvəl, 17 yanvar 2018-ci ildə Orenburqda sahibkar və onun yeddi yaşlı oğlu vəhşicəsinə qətlə yetirilib. Cinayət işi açılmamış qalır.скачать dle 11.3
Mojo.az Banner