Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

"Tərtər işi" ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər

24.04.2025 14:09 1 035
"Tərtər işi" ilə bağlı ittiham olunan bir qrup şəxsin - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən kassasiya şikayəti və dövlət ittihamçısının kassasiya protesti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əliyev ona qarşı sürülən ittihamla razılaşmayıb.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Vəkillər bildirib ki, şəxs bir cinayət işi üzrə bir dəfə ittiham olunaraq cəza çəkməlidir: "Təqsirləndirilən şəxslər bu cinayət işi üzrə ittiham olunub. Məhkəmənin hökmü ilə onlar azadlıqdan məhrum etmə cəzasına da məhkum ediliblər. 44 günlük Vətən müharibəsi başlayan zaman onlar öz arzuları ilə müharibədə iştirak etmək istədiklərini bildiriblər. Cəzaları şərti cəza ilə dəyişdirilib və onlar müharibədə iştirak ediblər. Amma bu, məhkəmədə nəzərə alınmayıb".

İş üzrə zərərçəkən şəxslər də ifadələrində bildiriblər ki, əsl cinayətkarlar hazırda müttəhim kürsüsündə olanlar deyil.

Onlar qeyd edib ki, buna görə də dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, aşağı instansiya məhkəməsinin hökmü, Bakı Apellyasiya Məhkəməsinin hökmlə bağlı qərarı ləğv edilərək cinayət işinə xitam verilməli, əsl günahkarların cəzalandırılması üçün cinayət işi ibtidai istintaqa qaytarılmalıdır.

Onlar iddia ediblər ki, cinayət işi düzgün araşdırılmayıb və əsl cinayətkarlar azadlıqdadırlar: "İş prokurorluqda düzgün araşdırılmayıb. İşin yenidən ədalətli araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş edirik".

Hakim deyib ki, qanunvericiliyə görə, Ali Məhkəmənin cinayət işini ibtidai istintaqa qaytarmasına səlahiyyəti yoxdur.

Məhkəmənin qərarının növbəti prosesdə elan olunacağı bildirilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verərək hər birinin cəzasını üç ay azaltmışdı.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər