Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - RƏSMİ

29.01.2020 14:38 1 274
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - RƏSMİ
"Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”.

Bunu "report”a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: "Tək-tək hallarda rast gəlinən qrip virusu təsdiq olunan mövsümi qrip hadisələridir.
Buna baxmayaraq Səhiyyə naziri Oqtay Şirəliyev profilaktik tədbirlərin aparılması barədə əmr imzalayıb. Əmrə əsasən, nazirliyin bütün tibb idarələrinə konkret tapşırıqlar verilib”.

Mütəxəssis vətəndaşlara müraciət edərək bildirib ki, virusun əlamətləri qripin klinikasına oxşardır: "İlk növbədə əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır.

Əgər ətrafda xəstə şəxs varsa, ondan kənar gəzmək məsləhətdir. Çöldən gələndə əllərin sabunla yuyulmasıı, spirtlə silinməsi mütləqdir.

Eyni zamanda kimsə özündə virusun hər hansı əlamətini aşkar edərsə, dərhal həkimə müraciət etməlidir”.

Son xəbərlər