Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? - Nazirlik açıqladı

06.03.2019 17:16 3 078
Ölkədə qriplə bağlı vəziyyət nə yerdədir? - Nazirlik açıqladı
Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi azalmağa doğru gedir.

Bunu oxu.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədə qriplə bağlı son vəziyyət barədə danışan zaman bildirib.

Onun sözlərinə görə, tək-tək hallarda laborator müayinələr götürülüb:

“Hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Tək-tək hallarda qrip virusu aşkar edilir, müayinə olunur. Mövsümi qrip virusları var. Ötən həftə ərzində cəmi beş xəstədə qrip virusu aşkar edilib. Əsasən, kəskin respirator viruslarda azalma qeydə alınır. Yəni xəstəlik epidemioloji həddi keçməyib”.

“Virus infeksiyaları yaxın zamanlarda tam azalacaq və yox səviyyəsinə enəcək. Müayinə olunanlar arasında H1N1 virusu qeydə alınmayıb”, - deyə nazirlik rəsmisi qeyd edib.

Respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, ölkə üzrə yalnız 16 nəfərdə kəskin respirator virusu aşkar edilib:

“Ağır xəstə olmadığı üçün onlardan götürülən nümunələr laboratoriyaya göndərilməyib. Xəstəxanaya müraciət edən xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər. İndiki dövrdə qrip virusu nəzərə çarpacaq dərəcədə azalıb. Havalar isti olan kimi bu virus kəskin azalacaq”.

Son xəbərlər