Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bu universitetin müəllimlərinə töhmət verildi - Daha ciddi tədbirlər görüləcək

27.01.2020 19:18 1 434
Bu universitetin müəllimlərinə töhmət verildi - Daha ciddi tədbirlər görüləcək
Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətində bəzi kafedra əməkdaşlarının üzrsüz səbəbdən işdən qalması, əmək funksiyasını yerinə yetirməməsi, bəzi işçilərin isə işini keyfiyyətsiz yerinə yetirməsi ilə bağlı məsələlərə baxılıb.

Bu barədə oxu.az-a ATU-dan verilən məlumatda bildirilir.

Qeyd olunur ki, ATU-nun Travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğlunun üzrsüz səbəbdən iş buraxması, əmək funksiyasını yerinə yetirməməsinə dair Həmkarlar İttifaqına ATU rektoru Gəray Gəraybəyli tərəfindən təqdimat daxil olub.

Komitənin sədri dosent C.Qasımov bildirib ki, Rəyasət Heyətinin toplantısında təqdimat obyektiv araşdırılıb. Müzakirələr nəticəsində qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə, Kazım Emil Mayıl oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə razılıq verilib. Bununla əlaqədar rektora müraciət olunub.

ATU-nun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin 15 yanvar 2020-ci il tarixli 33 saylı protokolunda bildirilir ki, Emil Kazım 30 oktyabr, 14 və 21 noyabr, həmçinin 6,18 və 19 dekabr 2019-cu il tarixlərində üzrlü səbəb olmadan iş buraxıb. Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci bəndinə əsasən travmatologiya kafedrasının assistenti Kazım Emil Mayıl oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınıb. Həmçinin ona xəbərdarlıq edlib ki, belə hal bir daha təkrarlanarsa, daha ciddi tədbirlər görüləcək.

Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin üzvləri Travmatologiya kafedrasında əməkdaşların, o cümlədən professor-müəllim heyətinin işə davamiyyətinə nəzarət etmədiyinə və bununla kafedrada tədrisin təşkilində yaranmış ciddi pozuntulara yol verdiyinə görə, kafedra müdiri, professor Əhməd Əhmədzadəyə də xəbərdarlıq olunmasını tövsiyə ediblər.

Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin iclasında həmçinin, ATU-nun neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlının əmək və icra intizamını pozması haqqında məsələ də müzakirə olunub. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə, ona töhmət verilməsinə dair razılıq əldə olunub.

Son xəbərlər