Qarabağ danışıqları ətalətdən çıxır? - TƏHLİL » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:10 Tərtərdə "Hyundai" ilə BMW toqquşdu: Yaralananlar var  |     13:56 "İki etibarlı çiyin" - Emin Ağalarovun paylaşımı diqqət çəkdi  |     13:38 Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır  |     13:37 Yasamalda 45 yaşlı qadın qətlə yetirilib  |     13:37 Ucar sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb  |     13:36 Xəzər rayonunda qanunsuz tikili sökülüb - Video  |     13:35 Səbail rayonunda NARKOTİK ƏMƏLİYYATI - 10 kiloqram marixuana aşkarlandı (Video)  |     13:34 Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - Video  |     13:31 "TikTok"da humanitar yardım adı altında dələduzluq edən qadın SAXLANILDI - Video  |     13:30 Azərbaycan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən birini ekstradisiya edib - Video  |     13:27 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 Füzulidə yanğın törədən şəxs saxlanılıb  |     13:16 Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü  |     13:15 Bakıda sahibi tapılmayan avtomobilə hər gün cərimə yazılır - Video  |     13:14 ADA-nın Kompüter elmləri ixtisasının keçid balı REKORD VURDU  |     13:10 Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI - Video  |     13:09 Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? - Video  |     23:02 Kanada ABŞ-a tarifləri ləğv etdi  |     22:56 Yanlış ayaqqabı istifadəsi ayaq sağlamlığını təhlükə altına alır  |     22:45 İş masasına həbs qoyulan baş həkim vəzifəsindən gedib - Borc 200 mini ötüb  |    

Qarabağ danışıqları ətalətdən çıxır? - TƏHLİL

2020-ci ildə danışqılar intensivləşəcək, müharibə riski artacaq

Ötən gün Rusiya XİN-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də, Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.

Müzakirədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko, ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ), eləcə də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik iştirak edib.

Əlbəttə, bunu Rusiyanın həmsədr ölkə kimi “ilin əvvəli planlaşdırması” da adlandıra bilərlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqları dalana dirənib və bu, rəsmi Bakı tərəfindən açıq bildirilir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili münaqişənin həlli baxımdan “itirilmiş il” adlandırıb. Oxşar mövqeyi Azərbaycan XİN də ötən ilin yekunları ilə bağlı bəyanatda vurğulayıb.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euroactive”ə müsahibəsində bildirib ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret addımlar atılmayıb.

Əvəzində Ermənistanın səmərəsiz, destruktiv siyasəti müşahidə olunub. H.Hacıyev deyib ki, Ermənistan tərəfi mövcud danışıqlar formatını dəyişdirməyə cəhd göstərib. “Halbuki münaqişə tərəfləri - Ermənistan ilə Azərbaycan, beynəlxalq vasitəçilər kimi ATƏT-in Minsk Qrupu həmsədrlərindən ibarət oturuşmuş danışıqlar formatı var”, - deyə prezidentin köməkçisi qeyd edib.

Yəni rəsmi Bakı bütün platformalarda bu tezisi irəli sürür, danışıqlar prosesinin dayandığı və bu vəziyyətin yalnız Ermənistanın faydasına olduğunu vurğulayır. Aydın məsələdir ki, işğalçı ölkə olaraq Ermənistan sülh danışıqlarının uzanması, danışıqlar prosesində durğunluğun olmasında maraqlıdır. Bunu erməni tərəfi heç gizlətmir də.

Eyni zamanda, Yerevan münaqişənin həlli və ərazi bütövlüyü mövzusunda tez-tez təxribatçı açıqlamalarla Azərbaycan tərəfini provokasiyaya çəkmək və baş verəcəklərə görə Bakını ittiham etmək, daha sonra da bunu əsas gətirib danışıqlar prosesini uzatmağa çalışır. Bu, çox aydın görünən primitiv bir siyasətdir.

Bakı isə israrla beynəlxalq təşkilat və böyük dövlətlərin öhdəliyinə götürdüyü sülh missiyasını icra etməyə çağırır. Həm də Rusiya anlayır ki, həddən artıq hərəkətsizlik bir vasitəçi kimi onun mövqelərini zərbə altında qoyur. Çünki ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq, Rusiya münaqişənin həllində əsas rol oynayacaq ölkədir. İndi Moskva Bakıdan gələn mesajlardan da anlayır ki, bir neçə il davam edən durğunluq onun regiondakı güc və etibarını zərbə altında qoya bilər.

Əlbəttə, Moskvadakı müşavirədən hər hansı uzaqgedən nəticələr çıxarmaq doğru olmaz.

Amma ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Rusiyanın münaqişənin nizamlanmasının aktual problemləri və vasitəçilik səylərinin koordinasiyası məsələsini müzakirə etməsi 2020-ci ilin münaqişənin həllində hərəkətli olacağını deməyə əsas verir.

Əlbəttə, bu hərəkətin daha təsirli olması üçün Bakının daha ardıcıl və effektli siyasi təsir mesanizmlərini işə salması lazımdır. Təbii ki. Burada regional, eləcə də beynəlxalq siyasi vəziyyətin də təsiri var.

Lakin indiki şərtlərdə Bakının mövqeyi siyasi-diplomatik cəhətdən güclüdür. Azərbaycanda qarşıdakı beş ildə ölkədə seçkilər olmayacaq, fevralda yeni parlament formalaşacaq və hökumətin tərkibi isə böyük ölçüdə gənc kadrlardan formalaşıb. Üstəlik, Qərb və Rusiya arasında oynamağa məcbur olan Ermənistandan fərqli olaraq, Bakı daha güclü və sabit siyasi əlaqələrə malikdir.

Bütün bunları yanaşı gətirdikdə yeni başlayan ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda aktivlik olacağı qənaəti doğur. Ermənistanın isə indi danışıqlar prosesini uzatmaq vasitələri çox azdır, üstəlik daha əvvəl “sınaqdan keçirilmiş” bu metodlar gərginliyi daha da artıra bilər. Bunu indi hər kəs yaxşı anlayır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 829 27.01.20 13:59