Mojo.az Banner
13:30 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     13:25 Bakı ermənilərin bu oğurluğuna görə İnterpola müraciət etdi  |     13:17 Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş  |     13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada altı nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

25.01.2020 18:54 2 007
Rusiyada altı nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Rusiyanın İrkutsk vilayətində altı nəfər Çin vətəndaşının koronavirusa yoluxması ehtimal edilir.

Vesti.ru-nun xəbərinə görə, Baykal Dövlət Universitetində təhsil alan 5 nəfər Çin vətəndaşı bir neçə gündür dərslərə gəlmədiyi üçün rektor onlarla əlaqə saxlayıb və tələbələr xəstə olduqlarını bildiriblər.

Məlum olub ki, tələbələr tətildə ailələrinin yanına, Çinə gediblər, Rusiyaya qayıdan kimi vəziyyətləri ağırlaşıb. Onların ölkələrində olduğu müddət koronavirus infeksiyası üçün mümkün olan inkubasiya dövrünə uyğundur. Həmin tələbələr həkim nəzarətinə götürülüb və analizlər alınaraq yoxlanılması üçün Moskvaya göndərilib. Universitetin yataqxanası karantin elan edilirək bağlanıb.

Eyni zamanda, Pekin-Moskva qatarı ilə Rusiyaya gələn bir Çin vətəndaşının da koronavirusa yoluxması şübhəsi yaranıb. O, qatardan çıxarılaraq İrkutsk vilayətində xəstəxanaya yerləşdirilib.

Qeyd olunan altı nəfərin koronavirusa yoluxub-yoluxmadığı analizlərin nəticələrindən sonra dəqiq bəlli olacaq.скачать dle 11.3
Mojo.az Banner