Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır

11.09.2026 12:43 528
Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır
Sosial şəbəkələrdə ictimai nəqliyyatda sərnişinlərin rahatlığı ilə bağlı yeni görüntülər yayılıb. Paylaşılan videoda 67 nömrəli marşrut avtobusunun sürücüsünün hərəkət zamanı salonda meyxana səsləndirdiyi görünür. Görüntülər sərnişinlərin ictimai nəqliyyatda musiqi səsləndirilməsi ilə bağlı narazılığını gündəmə gətirib. Belə hallarda sürücünün sərnişinlərin rahatlığını və ictimai nəqliyyatdan istifadə qaydalarını nəzərə almasının vacibliyi diqqət çəkir.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Median.Az-a şərhində bildirib ki, ictimai nəqliyyatda sürücünün sərnişin salonunda musiqi səsləndirməsi ilə bağlı müəyyən məhdudiyyətlər var:

“Əgər bu məsələ ilə bağlı konkret qadağa nəzərdə tutulmayıbsa belə, sürücü nəzərə almalıdır ki, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi təmin olunmalıdır. İnsanlar gün ərzində işdən, dərsdən və digər fəaliyyətlərdən sonra nəqliyyatda sakit və rahat şəkildə hərəkət etmək istəyirlər. Bu baxımdan sürücünün şəxsi istəyinə uyğun olaraq salonda yüksək səslə musiqi səsləndirməsi sərnişinlərin narahatlığına səbəb ola bilər. Əgər sürücü müəyyən edilmiş qaydaları pozaraq sərnişin salonunda musiqi səsləndirirsə və bununla bağlı sərnişinlərin narazılığı yaranırsa, məsuliyyət məsələsinə yalnız sürücü səviyyəsində baxılmamalıdır. Hesab edirəm ki, bu halda həmin nəqliyyat vasitəsinin mənsub olduğu şirkətin rəhbərliyi də məsələyə münasibət bildirməli, sürücülərin fəaliyyətinə nəzarəti gücləndirməli və sərnişinlərin rahatlığının təmin olunması üçün müvafiq tədbirlər görməlidir”.

Aysel

Son xəbərlər