Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi

11.09.2026 11:46 324
Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi
"Rich Metal" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.

Median.Az
Yurd.media-ya istinadən xəbər verir ki, qızıl, mis və polimetal filizlərinin hasilatını həyata keçirən şirkət tərəfindən 164 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə iki il əvvəl avans olaraq ölkə xaricinə köçürülüb.

"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən iki il müddətinə həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyutada vəsaiti geri qaytarılmayıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə şirkət inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 30 faizi məbləğində, yəni 49 min ABŞ dolları (83.3 min manat) məbləğində cərimə edilib.

Bundan başqa, eyni əmələ görə, "Rich Metal" MMC barəsində daha bir icraatda araşdırma aparılıb. Bu dəfə isə araşdırma predmeti 64.8 min ABŞ dolları məbləğində vəsait olub. Yol verdiyi analoji qanun pozuntusuna görə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə MMC 19.4 min ABŞ dolları (33 min manat) məbləğində cərimə edilib.

Qeyd edək ki, "Rich Metal" MMC Cənubi Qafqaz regionunda dağ-mədən sənayesi, qızıl, mis və polimetal filizlərinin hasilatı və emalı üzrə fəaliyyət göstərən ən iri holdinqlərdən biridir.

Hazırda şirkətin dövlətə 2.9 milyon manat vergi borcu yığılıb. Direktoru Şahjad Ansari olan "Rich Metal"ın nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.

Son xəbərlər