Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

Xanım sahibkar 40 min dollar cərimələndi

16.06.2026 22:44 321
Xanım sahibkar 40 min dollar cərimələndi
"NITON-2023" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) xaricə külli miqdarda vəsait köçürüb.

Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən "NITON-2023" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, MMC tərəfindən 200.100 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 200.100 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

O da deyilib ki, 2024-cü ildə Dövlət Vergi Xidməti tərəfindən şirkətə 1.000.000,00 AZN-a yaxın dəyərdə vergi borcu müəyyən edilib, bunla bağlı şirkətin mübahisələndirilməsi nəticəsində borcun bir hissəsi silinib, bir hissəsi isə hələ də mübahisələndirilmə mərhələsindədir.

Məhkəmənin hökmü ilə "NITON-2023" MMC-nin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və inzibati xətanın bilavasitə obyekti olmuş 200.100 dollar məbləğində valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində, yəni 40.020 dollar məbləğində cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Məmmədova Nazilə Tarməmməd qızıdır. "NITON-2023" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 258.443,14 AZN vergi borcu var.скачать dle 11.3
Mojo.az Banner