Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nabranda psixoloqu öldürən şəxs məhkəmə qarşısında

15.01.2020 17:00 1 841
Nabranda psixoloqu öldürən şəxs məhkəmə qarşısında
Xaçmaz rayonunun Nabran qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Taleh Mürsəlovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, cinayət ötən il avqustun 16-da axşam saatlarında törədilib.

55 yaşlı psixoloq Tərlan İbrahimovun tanınmaz hala salınan cəsədi qətldən iki saat sonra küçədə, kiçik mağazanın qarşısında tapılıb. Avqustun 17-nə keçən gecə xəfiyyələr şübhəli şəxsin izinə düşərək həbs ediblər.

Qatil rəsmi işi olmayan yerli sakin Mürsəlov Taleh Əbdülrəşid oğludur. Cinayətkar öz evində saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Psixoloq kimi fəaliyyət göstərən T.İbrahimov Bakıda yaşayıb. O, hər il Nabranda istirahət etmək üçün ev icarəyə götürüb. Yerli sakinlər onu gülərüz və nəzakətli şəxs kimi tanıyıb.

İlkin məlumata əsasən, həmin axşam T.İbrahimov içkili olan Taleh Mürsəlova yaxınlaşıb və yaşca böyük kimi, ona özünü alkoqolla məhv etməməyi tövsiyə edib. Lakin dialoq baş tutmayıb. T.Mürsəlov əvvəlcə psixoloqun baş nahiyəsinə yumruqla vurub, daha sonra yaxınlıqda mişar daşı taparaq qurbanının başına bir neçə ağır zərbə endirib.

Sonra qatil qanlı daşı cəsədin yanına ataraq hadisə yerindən uzaqlaşıb.скачать dle 11.3

Son xəbərlər