Mojo.az Banner
00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |     20:14 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub  |     20:09 Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək  |     20:01 Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır  |     19:56 Siqaret qaçaqmalçılığında ittiham olunan dəstə üzvləri hakim qarşısında  |     19:50 Sabah 35 dərəcə isti olacaq  |     19:42 Elgiz Əkbərin anası vəfat etdi  |     19:37 "Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov  |     19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |    
Left Banner
Right Banner

Rəsmi qurumlar Xatirə İslamın şikayətçi olduğu yolla bağlı söz verdilər - VİDEO

13.01.2020 21:44 2 113
Rəsmi qurumlar Xatirə İslamın şikayətçi olduğu yolla bağlı söz verdilər - VİDEO
Müğənni Xatirə İslam Binəqədi rayonu Novxanı-Goradil yolunun bərbad vəziyyətdə olması barədə ötən gün sosial şəbəkələr vasitəsi ilə paylaşım edərək aidiyyəti qurumları problemlə maraqlanmağa çağırıb.

Median.Az
xəbər verir ki, Baku.TV-nin əməkdaşları yayılan videodan sonra vəziyyətlə yerində tanış olmaq üçün əraziyə yollanıblar. Burada yaşayan sakinlərlə söhbətdən sonra aydın olub ki, sözügedən yol uzun illər bərbad vəziyyətdə olub. Ötən ilin yay aylarında yolun kənarında yerləşən su kanalında aparılan təmir işlərindən sonra isə yol tamamilə yararsız hala düşərək, həm avtomobillər, həm də piyadalar üçün keçilməz olub.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi rayon İcra Hakimiyyətinin balansındadır. Yolun, bərbad vəziyyətdə olmasına da onlar cavabdehdirlər.

Məsələni aydınlaşdırmaq üçün Binəqədi rayon icra hakimiyyətinə yollandıq. Burada isə İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Kənan Kərimov suallarımıza telefon vasitəsilə cavab verdi. İcra nümayəndəsi bildirdi ki, həmin yol Azərbaycan Melarasiya və Su təsərrüfatı ASC-nin apardığı təmir işləri nəticəsində dağıdılıb. Söz verilib ki, işlər tamamlandıqdan sonra qısa zamanda yol təmir olunacaq.скачать dle 11.3
Mojo.az Banner