Mojo.az Banner
12:09 Marketlərdə şəkər tozu qıtlığı: “Azərsun”dan AÇIQLAMA  |     12:04 Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?  |     11:52 25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - Sakinlərdən ŞİKAYƏT - VİDEO  |     11:30 İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ - FOTO  |     11:25 Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü  |     11:19 Ağa Salamov "ağ yudu, qara sərdi" — "50-60 manata pendir olar?"  |     11:14 Bəzi yerlərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA  |     23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |    
Left Banner
Right Banner

Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu

11.01.2020 17:04 3 309
Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu
Rusiyanın Altay vilayətində uşaqlı qadının yol pulunu verən məktəbli oğlan milyoner olub.

RİA Novosti agentliyinin xəbərinə görə, Kamen-na-Obi şəhərində bloqer Nataliya Mişina uşağı ilə avtobusa minib.

Avtobusda uşaq dəcəllik edib və gediş haqqını ödəmək qadının yadından çıxıb. Daha sonra o, pulun başqa bir sərnişin tərəfindən ödənildiyini öyrənib.

Məlum olub ki, bu jesti edən şəxs anası ilə yaşayan yeddinci sinif şagirdidir.

Uşaq bu xoşməramlı addımı ailəsindən insanların bir-birinə kömək etməsi lazım olduğunu öyrəndiyi üçün elədiyini deyib.

Bloqer bildirib ki, məktəblinin atası yoxdur, anası onu tək böyüdür. O, rəsm çəkməyi sevir, amma Rəssamlıq məktəbində oxumağa maddi imkanı çatmır.

Nataliya Mişina uşağın maddi ehtiyaclarının ödənilməsinə kömək məqsədilə “Instagram” hesabında pul toplanması üçün elan yerləşdirib. Bu məqsədlə iki min adamın iştirakı ilə 1,5 milyon rubl (41,550 AZN) pul yığılıb.

Uşağın anası bildirib ki, o, bu pulla oğluna mənzil alacaq.


скачать dle 11.3
Mojo.az Banner