Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Horizon 2020” saytından yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb — XİN

10.01.2020 21:38 1 787
“Horizon 2020” saytından yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb — XİN
Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Bununla əlaqədar olaraq Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin "Horizon 2020" proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlərin görülməsi tələb edilib.
Qeyd etmək istərdik ki, “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib. Bənzər səhvlərin gələcəkdə təkrarlanmaması üçün Aİ-nin Baş Direktorluqları arasında müvafiq xəbərdarlığın yayılmasının vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.//ölkə.az

Son xəbərlər