Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır"

10.01.2020 20:53 1 698
“Yaxşıyam, ölkəmdəyəm, tamamilə yalnış məlumatdır
Mən Azərbaycandayam, evimdəyəm. Sadəcə, 3 həftə əvvəl qan təzyiqim qəfil yüksəlmişdi deyə, özümü yaxşı hiss etmirdim və həkim müalicəsinə ehtiyac yaranmışdı. Ətrafımda bu qədər həkim varkən xaricə niyə getməliyəm?

Median.Az
bildirir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov kritik vəziyyətdə Almaniyaya aparılması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

A.Maqsudov səhhətilə bağlı xaricə aparılması xəbərini təkzib edib:

"Qan təzyiqim qalxdı, həkim müalicə yazdı və evimdə müalicə alıram. Mənim səhhətimdə kritik vəziyyət yoxdur ki, xaricə aparılmağıma ehtiyac yaransın. Həm kritik vəziyyətdə olan biri xəstə yatağında olmalı və telefonla danışmamalıdır. Tamamilə yalnış məlumatdır. Qohum-qardaş hamısı bu məlumatdan nigaran olub. Hamıya demək istəyirəm ki, yaxşıyam, ölkəmdəyəm, heç bir problem yoxdur. Hamımız insanıq və səhhətimizdə müəyyən narahatlıq yaranması da mümkündür. Xahiş edirəm bu cür məlumatlar yayarkən diqqətli olsunlar".

Son xəbərlər