Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotacir “Baba” tutuldu - FOTO

10.01.2020 15:21 3 813
Narkotacir “Baba” tutuldu - FOTO
Xızıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Belə ki, keçirilən tədbir zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmmədhüseyn Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev tutulublar.

Onlardan kibrit qutularında və kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş “Baba” ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-nə gətirilib. Dindirilmə zamanı B.Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.






скачать dle 11.3

Son xəbərlər