Mojo.az Banner
00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |     20:14 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub  |     20:09 Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək  |     20:01 Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır  |     19:56 Siqaret qaçaqmalçılığında ittiham olunan dəstə üzvləri hakim qarşısında  |     19:50 Sabah 35 dərəcə isti olacaq  |     19:42 Elgiz Əkbərin anası vəfat etdi  |     19:37 "Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov  |     19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |    
Left Banner
Right Banner

Leyla Abdullayeva: "Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin"

09.01.2020 21:22 1 705
Leyla Abdullayeva:
Bu ilin 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə ölkəmizin Milli Məclisi tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz Parlament Assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Şurası və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib.

Median.Az
bildirir ki, bunu Trend-ə Avropa Parlamentinin ölkəmizdə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə bağlı yaydığı məlumatla bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb:

"Konkret olaraq, Avropa Parlamentinin (AP) yaydığı məlumata gəldikdə isə öncə onu vurğulamaq istərdim ki, AP-nin yaydığı bu məlumatın qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Birincisi, Azərbaycan tərəfi AP-yə belə bir dəvət ünvanlamayıb ki, AP də bu dəvətdən imtina etsin. Ümumiyyətlə qeyd etmək istərdim ki, ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi yoxdur. İkincisi, bu, AP-nin prosedura qaydalarına uyğun olaraq verilmiş, yəni AP-nin müşahidəçi qismində iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır".

XİN rəsmisi qeyd edib ki, bütün seçkilər ərəfəsində şəffaflığın təmin olunması məqsədilə seçkilərdə iştirak edən müşahidəçilərin qeydiyyatı ilə bağlı məlumatlar mütəmadi qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən ictimaiyyətə təqdim olunur.скачать dle 11.3
Mojo.az Banner