Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar |
Mojo.az Avto
Mojo.az Avto

Bu aviaşirkətlərə məxsus təyyarələr artıq İran və İraq üzərindən uçmayacaqlar

08.01.2020 18:53 1 650
Bu aviaşirkətlərə məxsus təyyarələr artıq İran və İraq üzərindən uçmayacaqlar
ABŞ - İran gərginliyindən sonra bu gün İranda baş verən təyyarə qəzası digər hava yolları şirkətlərini bu bölgədə uçmaqdan çəkindirib.

İranın İraq ərazisində ABŞ hərbi qüvvələrinə raket hücumları etməsi də bu ölkəni aviaşirkətlərin qara siyahısına salıb.

Artıq dünyanın bir çox böyük hava yolları şirkətləri İran və İraq üzərindən uçuşları dayandırıblar.

Fransanın “Air France” şirkətinin sözçüsü bildirib ki, hava hücumları ilə bağlı xəbərlərin ardından ehtiyat tədbiri olaraq İran və İraq hava məkanı üzərindən bütün uçuşları təxirə salmaq qərarı veriblər.

Hollandiyanın KLM şirkətindən bildirilib ki, növbəti xəbərdarlığa qədər İran və İraq hava məkanı üzərindən uçuşlar dayandırılıb. Bütün uçuşlar Cənub-Şərqi Asiya və Yaxın Şərqdəki digər istiqamətlərə alternativ yollarla yerinə yetiriləcək.

Almaniyanın “Lufthansa” şirkəti isə İran və İraq üzərindən uçuşları dayandırmaqla yanaşı, Tehrana gündəlik uçuşunu ləğv etdiyini bildirib. Əlavə olunub ki, şənbə günü İraqın şimalındakı Ərbil şəhərinə də uçuş olmayacaq.

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Airline” və ucuz qiymətə uçuş həyata keçirən “Flydubai” şirkəti də Bağdada uçuşları ləğv edib.

Avstraliyanın “Qantas” şirkəti isə London-Perth (Avstraliya) reyslərinin alternativ bir marşrutla uçacağını açıqlayıb.

Sinqapur və Malayziya Hava Yolları da İran üzərindən olan uçuşları başqa istiqamətə yönləndirəcəklərini bildirib.

“Vietnam Airlines” gözlənilən təhlükənin qarşısını almaq üçün marşrutlarda müvafiq düzəlişlər edəcəyini açıqlayıb.

Yaponiyanın ANA və JAL aviaşirkətləri, Honk-Konqa məxsus “Cathay Pacific” şirkəti artıq təyyarələrinin İran və İraqın hava məkanları ilə uçmadıqlarını qeyd ediblər.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, göyərtədə olan 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

Son xəbərlər