Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - ÖZƏL

07.01.2020 11:18 2 161
Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - ÖZƏL
Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.

Bunu oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır.

Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.

Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq ki, bunun da nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.

Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.

K.Əliyev bildirib ki, bəzən yol-nəqliyyat hadisəsi baş verəndə dəqiq səbəbini üç-beş dəqiqəyə demək çətindir:

“Ümumi deyilir ki, sürət həddinin aşılması. Amma sürət həddinin aşılmasına görə qəza olmur. Dünyada elə dövlətlər var ki, sürət məhdudiyyəti yoxdur. Qəza o zaman olur ki, sürücü sürətlə gedən zaman hərəkət iştirakçısı manevr etmə, ötmə qaydalarını pozur və qəza baş verir.

K.Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar Nazirliklərinin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb, artıq belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib.скачать dle 11.3
Mojo.az Banner