Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |    
Mojo.az Avto
Mojo.az Avto

"Tarqovı"da gecə klubu müştəriləri girov saxladı

02.01.2020 22:49 1 892
Bakının mərkəzində, "Tarqovi” adlanan ərazidə yerləşən "Corona club” müştəriləri girov saxlayıb.

"Yeni sabah" xəbər verir ki, bu barədə ictimai fəal Elçin Həsənzadə məlumat verib.

O bildirib ki, buna səbəb müştərilərə təqdim edilən şişirdilmiş hesabın ödənilməməsi olub: "Səhər saat 06:00 olardı. İş yoldaşım telefonu gətirərək "WhatsApp”dakı mesajı oxumağımı istədi. Sms digər iş yoldaşlarımın qrup halında "Tarqovi”da yerləşən "Mojo club”un yaxınlığındakı "Corona club”da girov saxlanmaları ilə bağlı idi. Bunun səbəbi isə hesabın astronomik - 245 AZN olması olub. İş vaxtım bitdikdən sonra iş yoldaşımla birlikdə həmin yerə getdim. Elə qapıda bir nəfərlə qarşılaşdım.

Özünü məkanın işlədəni kimi təqdim edən Elvin adlı şəxs bu hesabın niyə yaranmasını mənə guya izah edirdi. Saxta, heç bir VÖEN nömrəsi olmayan kağıza 245 AZN - 7 ədəd kokteyl istifadə edildiyi yazılmışdı. Əraziyə gəlməzdən öncə "102” xidmətinə hadisəni izah edib, hadisə yerinə polis göndərilməsini xahiş etmişdim. İş yoldaşlarım bildirirdilər ki, biz içəri keçəndən sonra klubdakı qızlar masamıza yaxınlaşdı. Qızlar əyləşdikdən sonra, hərəsi bir şey sifariş edirdi. Mən bunları eşidəndə məkan sahibi Elvin bəyə söylədim ki, bu qızlar haradadı? Gəlsin bir açıqlasın görək öz başına niyə sifariş verir?

Polis əməkdaşları yaxınlaşdı. Biri baş-leytenant, digəri isə serjant olan polislərə eyni hadisəni danışdım. Sağ olsunlar, onlar məkan sahibinə irad bildirdilər ki, bu nə biabırçı hesabdır? Sonra da mənə dedilər ki, iş yoldaşlarınız niyə belə yerlərə gəlirlər? Bilmirlər ki, belə yerlər çox təhlükəlidir. İş yoldaşarıma Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə yaxınlaşıb ərizə yazmağı təklif etdilər. Dostlarım isə razılaşmadılar. Sonda həmin məkan sahibinə 100 AZN ödəyərək həmin yeri tərk elədik.

Bunu yazmaqda məqsədim odur ki, heç kəs o məkana getməsin və ümumiyyətlə, diqqətli olsunlar. Belə fırıldaqçı, dələduz obyektlərə qarşı dövlət qurumları niyə araşdırma aparıb, onları bağlamır?”

Son xəbərlər