Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda saxta içki qurbanlarının sayı artır: Daha bir nəfər öldü

30.12.2019 11:33 4 804
Bakıda saxta içki qurbanlarının sayı artır: Daha bir nəfər öldü
Hacıqabul sakininin Bakıda içdiyi viski ölümə səbəb olub.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, ölüm hadisəsi Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.

İlkin araşdırmaya görə, rayon sakini 1993-cü il təvəllüdlü Qurbanov Ülvin Fikrət oğlu qohumu Baxışov Rahil Fazil oğlu ilə birlikdə dekabrın 21-də Bakı şəhəri, Tibilisi prospektində yerləşən "Baku City” restoranında qida və içki qəbul edib. Orda Ü.Qurbanov "Chivas” markalı viskidən 0,5 litirdən bir qədər artıq həcmdə qəbul edib. Daha sonra o, restoranı tərk edərək yaşadığı Hacıqabul rayonu, Nəvahi kəndinə qayıdıb.

Ü.Qurbanov yaxın qohumlarına başında kəskin ağrıların olmasını bildirdikdən sonra axşam saatlarında Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xastəxanaya "naməlum mənşəli kamatoz vəziyyətdə” daxil olan Ü.Qurbanova tibbi yardım göstırilməsinə baxmayaraq, vəziyyəti daha da ağırlaşıb. O, təcili tibbi yardım maşını ilə Bakıya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, metanoldan ilk zəhərlənən Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov "Baku Voice Rooms” restoranında dostu Cəlal Həmzəyevlə dincəlib. Burada onlar bir az spirtli içki içib, sonra Tbilisi prospektində yerləşən "Bakı city” restoranına gediblər, oradan isə müxtəlif tibb müəssisələrində xəstəxanaya yerləşdiriliblər.

Polis dekabrın 23-də vəfat edib, dostu isə tamamilə kor olub və hazırda Toksikologiya Mərkəzindədir.

Məlum olub ki, gənclər texniki spirtdən hazırlanmış saxta viskidən zəhərləniblər.

Tovuz sakini Mustafa Mustafayev dekabrın 24-ü Səbail rayonunda restoranda metanol tərkibli içki qəbul edəndən sonra ölüb.

Daha sonra "spirtli içki zəhərlənməsi” diaqnozu ilə daha dörd nəfər: Sənan Teymurov, Elvin Teymurov, Nurlan Nəbiyev və 23 yaşlı Sumqayıt sakini İsmayılov Elmin İsgəndər oğlu xəstəxanaya yerləşdirilib. Sonuncu, Bakının Babək prospektində yerləşən "Piano” restoranında içdiyi ucuz viskidən zəhərlənib.

Dekabrın 26-da Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə kütləvi zəhərlənmə faktları ilə cinayət işi açıldığı barədə birgə məlumat yayıblar. İstintaqı Bakı şəhər prokurorluğu aparır.

Araşdırma zamanı "Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərovun "Chivas Regal 12” markalı viskini "Everest” restoranında ucuz qiymətə satdıqları məlum olub. Sərxan Bayramov və Mustafa Mustafayev bu içkini içdikdən sonra ölüblər.

Dekabrın 28-i saat 17:50-də 23 yaşlı Bakı şəhər sakini Həsənov Xudaverdi Həsən oğlu Bakı şəhəri Səbail rayonu, Natəvan küçəsində yerləşən barların birindən tibb müəssisəsinə aparılıb. Ona "metil spirtindən kəskin oral zəhərlənmə” diaqnozu qoyulub.

Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış "Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.

Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri, Xəyal Cəfərov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq istehlakçıların həyatı və sağlamlığı üçün təhlükəli olan surroqat spirtli içki istehsalı və marketinqi üçün məsul olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün işləyir.

Dekabrın 27-də Bakıda Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bir neçə gizli surroqat spirtli içki istehsalı emalatxanası aşkar ediblər. Dələduz-istehsalçıların həyat üçün təhlükəli spirtli içkini, əsasən, restoranlara, barlara və klublara verdikləri müəyyən edilib.

Metanoldan zəhərlənənlərin siyahısına əsasən aydın olur ki, cinayətkarlar paytaxtın mərkəzi rayonlarındakı bir çox iaşə müəssisəsinə və əyləncə məkanlarına məhsul göndəriblər. Surroqat məhsullar hələ də satışdan tamamilə yığışdırılmayıb.

Son xəbərlər