Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən Mehman Hüseynovun döyülməsi iddiasına MÜNASİBƏT

28.12.2019 15:43 2 869
DİN-dən Mehman Hüseynovun döyülməsi iddiasına MÜNASİBƏT
Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılması və döyülməsi barədə yayılan xəbərə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov oxu.az-a açıqlamasında bildirib ki, M.Hüseynov dekabrın 27-si saat 22:00 radələrindən sonra bir qrup şəxslə birlikdə şəhərin mərkəzində, əhalinin sıx olduğu Fəvvarələr meydanında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər.

Həmin vaxt ərazidə xidmət edən polis əməkdaşlarının ictimai asayişi qorumaqla bağlı qanuni tələblərinə tabe olmayıblar və onlar Mehman Hüseynovu əhalinin sıx toplaşdığı ərazidən uzaqlaşdırıblar. M.Hüseynova qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq olmayıb. Onun polisin onu döyməsi barədə dedikləri tamamilə əsassızdır”.

“Əgər polis onu ərazidən uzaqlaşdırdıqdan sonra M. Hüseynov kimlərsə tərəfindən döyülübsə, ərazi üzrə polis orqanlarına müraciət etsin və məsələ araşdırılsın”, - deyə E.Zahidov qeyd edib.

Qeyd edək ki, M.Hüseynov və bir neçə aktivist həbs edilən repçi Pərviz Quluzadənin azad olunması üçün şüarlar yazılan plakatlar qaldırıblar.

Son xəbərlər