"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə metro stansiyalarında havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə 16 yeni ventilyator alacaq.
Median.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin ilin yekunları ilə bağlı hesabatında bildirilib.
Qeyd olunub ki, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.