Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistanın təklifinə münasibət bildirdi

27.12.2019 19:59 1 594
Hikmət Hacıyev Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistanın təklifinə münasibət bildirdi
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxsaq, burada humanitar, insani komponentlər çox vacib elementlərdən biridir. Burada xüsusilə, əsir və girovlar, itkin düşmüş şəxslər kimi məqamlar çox vacib xarakter daşıyır. Bu, insan amilinə dayanır".

Median.Az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Azərbaycanın işğal altında olan ərazilərində girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ailə üzvlərinin ziyarət etməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

H.Hacıyev xatırladıb ki, əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi təklifi Azərbaycanın yüksək humanizminin bilavasitə göstəricisi və konstruktiv movqeyinin təcəssümü olaraq Prezident İlham Əliyev tərəfindən MDB dövlət başçılarının 2018-ci ilin dekabrında Sankt-Peterburqda keçirilmiş qeyri-formal zirvə toplantısında səsləndirilib: "O zaman Ermənistanın baş naziri Nikol Paşinyanla belə bir söhbət olmuşdu və söhbət əsnasında dövlətimizin başçısı tərəfindən Azərbaycanın "hamının hamıya" prinsipi əsasında bu məsələnin həll olunmasının tərəfdarı olduğu bildirilmişdi. Həmin sammitdən sonra da ictimaiyyətə verilən açıqlamalarda bu məqam öz əksini tapıb. Amma buna qarşı kim çıxış etdi? Məhz Ermənistan Respublikası. Onlar humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirdilər və "hamının hamıya" prinsipindən kənar çıxış etdilər. İl ərzində bu mövzu davamlı şəkildə qaldırılırdı ki, bu, təmin olunmalıdır. Bunun təmin olunmasının əksinə çıxış edərək Ermənistan tərəfi yalnız ailə üzvlərinin səfəri kimi absurd məsələni ortaya atıb. Düşünürük ki, bu da müəyyən siyasi möhtəkirlik elementidir".

"Burada bir təhlükəsizlik, həssaslıq elementi var. Yəni məsələyə insani nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz soydaşlarımız olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin çətinliklərini, iztirablarını tam şəkildə başa düşürük", - deyə Prezidentin köməkçisi əlavə edib.//qaynarinfo.az

Son xəbərlər